Tayvanda, Kosovoda və İranƏfqanıstan sərhədində yeni müharibə ocaqları...


Siyasət 03 Avq 2022 10:32:00 91 0

Tayvanda, Kosovoda və İranƏfqanıstan sərhədində yeni müharibə ocaqları...

Beynəlxalq aləmdə 3 gərginlik ocağının eyni vaxtda yaranması diqqəti cəlb edir. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana gözlənilən səfərilə bağlı Çinlə gərginlik artır. ABŞ və Çinin döyüş təyyarələri, gəmiləri ada ətrafında bir-birinə qarşı əzələ nümayişi həyata keçirirlər.

Son.az Bakı xəbər-ə istinadla bildirir ki, Rəsmi Pekin növbəti dəfə Vaşinqtona xəbərdarlıq mesajı ünvanlayıb: "ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edərsə, çin hərbçiləri seyrçi qalmayacaqlar". Çin Xarici İşlər Nazirliyi bunu sonuncu xəbərdarlıq adlandırıb. Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, statusuna görə ABŞ-ın üçüncü rəsmi şəxsi olan Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına gəlişi ağır nəticələrə səbəb olacaq. Pekin Vaşinqtona onu da xatırladıb ki, ABŞ Tayvanın müstəqilliyini tanımayacağını illər öncə Pekinə vəd edib. Bununla yanaşı, İran-Əfqanıstan sərhədində atışma baş verib. Tehran Taliban silahlılarının İran sərhədçilərinə atəş açdığını iddia edib. Onsuz da İranla Taliban arasında münasibətlər gərgin idi. Baxmayaraq ki, İran Əfqanıstandakı hakimiyyətlə məsafəli davranır, amma Taliban İran üçün ciddi təhdid mənbəyi hesab olunur. Ən nəhayət, dondurulmuş Kosovo-Serbiya gərginliyi yenidən alovlanır. Serbiyanın Kosovo məsələsində gözlənilmədən sərt mövqedən çıxış etməsi ciddi müzakirələrə səbəb olub.

Maraqlıdır, bütün bunların eyni vaxtda kəskinləşməsi təsadüfdürmü? Sözügedən qarşıdurmalar nə vəd edir?

"Hansısa mərhələdə bunların ciddi toqquşmalara çevrilmə ehtimalı var"

Sözügedən məsələlərə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov bütün bunlara bir neçə aspektdən yanaşdı: "Rusiyanın bu ilin 24 fevralında Ukraynaya təcavüzündən sonra sanki dünyanın nizamı pozuldu. Dünyada qütbləşmə meylləri artdı. Rusiyaya qarşı ABŞ, Avropa İttifaqı və bəzi digər ölkələr birləşdi. Bir sıra sanksiyaların tətbiq olunmasına start verildi ki, Rusiya işğalçı siyasətindən əl çəksin. Ancaq 161 gündür müharibə davam edir. Ukraynada çoxsaylı yaşayış məntəqələri dağıdılıb, milyonlarla ölkə vətəndaşı qaçqın düşüb. Dinc əhali və hərbçilər arasında ölənlər, yaralananlar artır. Bununla yanaşı, Rusiya tərəfinin də hərbi itkiləri durmadan artır. Bütün çətinliklərə rəğmən, Ukrayna ordusunun avqustun 15-dən sonra əks hücuma keçəcəyi gözlənilir. Biz nəzərə almalıyıq ki, neçə vaxtdır ABŞ Ukraynaya ən müasir artilleriya sistemləri göndərməkdədir. Üstəlik, Ukrayna əsgərlərinə NATO silahlarından istifadə öyrədilir. Digər tərəfdən son vaxtlar ABŞ-Çin münasibətləri gərginləşməkdədir. Tayvanla bağlı tərəflərin sərgilədiyi ritorika, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfər etməkdə qərarlı olması qarşıdurmaya təkan verir. Vəziyyət o həddə gəlib çatıb ki, Çin hərbi hava qüvvələrini döyüş hazırlığına gətirib. Hətta Pelosinin uçacağı təyyarənin vurulacağı deyilir. ABŞ təyyarədaşıyan gəmiləri isə Çin dənizinə doğru istiqamət alıb. Bütün bunlar o deməkdir ki, tərəflər arasında münaqişə daha da ciddiləşir. Ancaq düşünmürəm ki, bütün bunlar iki nəhəng dövlətin toqquşmasına gətirib çıxaracaq. Baxmayaraq ki, Tayvan məsələsi Çin üçün böyük əhəmiyyət kəsb edir. Çox güman, ABŞ və Çin diplomatik yolla məsələni həll edəcəklər. Kosovodakı qarşıdurmanın da müharibəyə gətirib çıxaracağını düşünmürəm. Baxmayaraq ki, bu kimi qarşıdurmalar Rusiyanın mənafeyinə uyğundur. Çünki bu, Ukrayna müharibəsinə diqqəti azaltmaq məqsədi daşıyır. Lakin NATO və Avropa İttifaqı indiki məqamda buna imkan verməzlər. İran və Əfqanıstan arasında gərginliyin artması da dünya nizamının pozulmasına yönəlik bir addımdır. Əfqanıstandakı Taliban rejimi İrana qarşı aqressiv mövqedən çıxış edir. Üstəlik, Əfqanıstan ictimai rəyində İranın Qarabağ məsələsində ermənilərə qahmar çıxması mənfi qarşılanır. Bütün bunların fonunda, dünyada artan gərginlik yaxşı nəsə vəd etmir. Bu o deməkdir ki, dünyada ciddi qarşıdurmalar üçün potensial münaqişə ocaqları formalaşır. Hansısa mərhələdə bunların ciddi toqquşmalara çevrilmə ehtimalı var. Ona görə də dünyanın böyük dövlətləri arasında ciddi dialoqun aparılması vacib görünür".

Bir sözlə, siyasi ekspert münaqişə ocaqlarının tezliklə toqquşmalara gətirib çıxaracağını düşünmür.

"Kişini sevmək lazım deyil" like
  • 03 Avq 10:28  
Şou-biznes "Kişini sevmək lazım deyil"

"Kişini sevmək lazım deyil."

arrow Ətraflı
DİNdən Aşura günü ilə bağlı like
  • 03 Avq 10:20  
Digərləri DİNdən Aşura günü ilə bağlı

Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı və Aşura günü ilə bağlı

arrow Ətraflı
Kafeyə işə düzələn qadını ilk iş günü like
  • 03 Avq 10:12  
Dünya Kafeyə işə düzələn qadını ilk iş günü

Moskvada kafe işçisi ilk iş günündəcə iki həmkarı tərəfindən zorlan

arrow Ətraflı
Kapital Bank qalib tələbələri mükafatlandırdı like
  • 03 Avq 10:10  
Digərləri Kapital Bank qalib tələbələri mükafatlandırdı

Xəbər verdiyimiz kimi, təhsilin və gənclərin karyera inkişafına böyük

arrow Ətraflı
Zaur Kamalın oğlu qarşısında oynayan qıza like
  • 03 Avq 09:56  
Şou-biznes Zaur Kamalın oğlu qarşısında oynayan qıza

Zaur Kamal ötən gün kiçik oğlu Rüstəmin doğum gününü şəhərin məş

arrow Ətraflı
Nazirlik əməkdaşı like
  • 03 Avq 09:48  
Digərləri Nazirlik əməkdaşı

Gəncədə intihar hadisəsi baş verib.

arrow Ətraflı
23 saatlıq əməliyyatla siam əkizlərini like
  • 03 Avq 09:40  
Dünya 23 saatlıq əməliyyatla siam əkizlərini

Rio-de-Janeyrodakı Paulo Nimeyer Neyrocərrahiyyə İnstitutunun (IEC) alimlər

arrow Ətraflı
Rusları bu imkandan da like
  • 03 Avq 09:32  
Digərləri Rusları bu imkandan da

Rusiya vətəndaşlarına ETS tərəfindən təşkil olunan TOEFL formatında (T

arrow Ətraflı
Rihanna ana olandan sonra ilk dəfə fotoqraf qarşısına keçdi  FOTO like
  • 03 Avq 09:24  
Şou-biznes Rihanna ana olandan sonra ilk dəfə fotoqraf qarşısına keçdi FOTO

Amerikalı pop müğənni və sahibkar Rihanna uşaq dünyaya gətirəndən sonr

arrow Ətraflı
Bakıda məşhur mağaza müdirinin iş yerindən like
  • 03 Avq 09:16  
Digərləri Bakıda məşhur mağaza müdirinin iş yerindən

Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapılıb.

arrow Ətraflı
Hörümçəyi öldürmək istəyirdi, meşəni like
  • 03 Avq 09:08  
Dünya Hörümçəyi öldürmək istəyirdi, meşəni

ABŞ sakini hörümçəyi öldürməyə çalışdığı zaman böyük bir meşə

arrow Ətraflı
ABŞ Rusiyaya çağırış edib like
  • 03 Avq 08:59  
Dünya ABŞ Rusiyaya çağırış edib

Vaşinqton Moskvanı məhbusların mübadiləsi təklifini qəbul etməyə çağ

arrow Ətraflı
ABŞ Səudiyyə Ərəbistanına "Patriot" raketlərinin satışını təsdiqləyib like
  • 03 Avq 08:54  
Dünya ABŞ Səudiyyə Ərəbistanına "Patriot" raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 3,05 milyard dollar dəyə

arrow Ətraflı
Pentaqon Şoyqunun bəyanatını təkzib edib like
  • 03 Avq 08:52  
Dünya Pentaqon Şoyqunun bəyanatını təkzib edib

Vaşinqton Rusiya Müdafiə Nazirliyinin Ukraynada məhv edildiyi iddia edilən

arrow Ətraflı
Çin Tayvan separatçılarını cəzalandıracaq like
  • 03 Avq 08:49  
Dünya Çin Tayvan separatçılarını cəzalandıracaq

Çin hakimiyyəti Tayvan adasının separatçı elementlərini və onların xari

arrow Ətraflı