Fransa İsveç və Finlandiyanın NATOya qəbulunu dəstəkləyib


Dünya 03 Avq 2022 08:43:00 161 0

Fransa İsveç və Finlandiyanın NATOya qəbulunu dəstəkləyib

Fransa Milli Məclisi (parlamentin aşağı palatası) Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq qərar palatanın ötən gün axşam keçirilən iclasında qəbul edilib.

Parlamentarilərdən 209-u Finlandiya və İsveçin NATO-ya daxil olmasının lehinə, 46-sı isə əleyhinə səs verib.