Çin Tayvan separatçılarını cəzalandıracaq


Dünya 03 Avq 2022 08:49:00 211 0

Çin Tayvan separatçılarını cəzalandıracaq

Çin hakimiyyəti Tayvan adasının separatçı elementlərini və onların xarici havadarlarını qanun çərçivəsində cəzalandırmaq niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Kommunist Partiyasının Mərkəzi Komitəsinin açıqlamasında deyilir.

"Tayvanın qondarma müstəqilliyinin tərəfdarları - vətənin yenidən birləşməsinə ən böyük maneədir. Tayvan separatçılarının bəyanatları və hərəkətləri açıq-aşkar təxribatdır, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qəsddir, onlar qanuna uyğun olaraq ciddi şəkildə cəzalandırılmalıdırlar", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Çin Konstitusiyasına görə, Tayvan Çinin ayrılmaz hissəsidir. Bildirilir ki, tayvanlı separatçıları dəstəkləyən hərəkətlərə görə, ölkənin cinayət məcəlləsi təkcə Çin vətəndaşlarına qarşı deyil, həm də "başqa dövlətlərin fərdlərinə və təşkilatlarına da şamil edilir".