ABŞ Səudiyyə Ərəbistanına "Patriot" raketlərinin satışını təsdiqləyib


Dünya 03 Avq 2022 08:54:00 154 0

ABŞ Səudiyyə Ərəbistanına "Patriot" raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 3,05 milyard dollar dəyərində "Patriot" raketləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyindən bildiriblər.

"Təklif olunan sövdələşmə Fars körfəzində siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm qüvvə olan tərəfdaş ölkənin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə töhfə verəcək", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Ər-Riyad ümumilikdə 300 ədəd "Patriot MIM-104E" (GEM-T) raketi istəyib.