"Azərbaycan Aİnin təbii qaz tədarüklərini əvəz etməsində mühüm rol oynayacaq"


Digərləri 03 Avq 2022 08:02:00 155 0

"Azərbaycan Aİnin təbii qaz tədarüklərini əvəz etməsində mühüm rol oynayacaq"

Avropa İttifaqı (Aİ) qısa müddət ərzində təqribən 155 milyard kubmetr təbii qaz tədarükünü əvəz etməyi hədəflədiyi üçün Azərbaycan kimi həyatqabiliyyətli və etibarlı mənbələr burada mühüm rol oynayacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Qaz İttifaqından (BQİ) bildirilib.

Aİ və Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində imzalanmış anlaşması memorandumuna toxunaraq BQİ-dən bildirilib ki, ittifaq Beynəlxalq Enerji Xartiyasının uzun müddət üzvü olan Azərbaycan üçün bu müsbət hadisəni alqışlayır.

"Bu, qlobal enerji təhlükəsizliyinin yaxşılaşdırılması və qaz və enerji bazarlarında tarazlığın bərpası istiqamətində bir addımdır. Təchizatın şaxələndirilməsini və bazar əlaqəsini təkmilləşdirən tədbirlər enerji təhlükəsizliyini təmin edir", - deyə BQİ-dən bildirilib.

Qeyd edilib ki, dünya görünməmiş enerji böhranı və qiymət artımı ilə mübarizə aparır və bunun öhdəsindən yalnız qlobal enerji bazarlarında yenidən tarazlıq əldə edildikdən sonra nail olmaq olar.