İspaniya Ukraynaya tank verməməsinin səbəbini açıqlayıb


Dünya 03 Avq 2022 08:12:00 104 0

İspaniya Ukraynaya tank verməməsinin səbəbini açıqlayıb

İspaniya hökuməti Saraqosa şəhərindəki hərbi bazada saxlanılan "Leopard" seriyalı tankları Ukraynaya verməyəcək.

Son.az "report"a istinadən xəbər verir ki, u barədə İspaniyanın müdafiə naziri Marqarita Robles "El Mundo" qəzetinin jurnalistləri ilə söhbəti zamanı bildirib.

"Uzun illər Saraqosada istifadə edilməyən "Leopard"ları göndərə bilmərik. Sadəcə ona görə ki, onlar tamamilə acınacaqlı vəziyyətdədirlər", - nazir deyib.

Bundan əlavə, o vurğulayıb ki, İspaniya dinc əhali arasında itkilərin artmasına səbəb ola biləcəyindən bu tankları Ukraynaya vermir.