Pelosi Tayvanın Baş Qərargah rəisi ilə görüşüb


Dünya 03 Avq 2022 08:17:00 108 0

Pelosi Tayvanın Baş Qərargah rəisi ilə görüşüb

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanın Baş Qərargah rəisi Tsay İnq-ven ilə görüşüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə TASS Tayvan telekanalına istinadən xəbər yayıb.

İclas başlamazdan əvvəl Tsay İnq-ven Pelosiyə hökumətin medalını təqdim edib.

Bildirilir ki, Pelosi qaldığı hoteldə videokonfrans keçirəcək, adanın qanunverici orqanına baş çəkəcək, Tayvanın baş qərargah rəisi Tsay İnq-ven ilə danışıqlar aparacaq və hökumətin tarixi malikanəsində fəxri qonaqlar üçün şam yeməyində iştirak edəcək.