Çin nüvə silahından ilk istifadə etmək


Dünya 02 Avq 2022 23:49:00 154 0

Çin nüvə silahından ilk istifadə etmək

Çin nüvə sahəsində özünümüdafiə strategiyasına sadiqdir və şəraitdən asılı olmayaraq nüvə silahından istifadə edən ilk ölkə olmayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Tsun BMT-nin baş qərargahında çıxış edərkən deyib.

"Çin sülhməramlı inkişaf yoluna və özünümüdafiə üzrə nüvə strategiyasına sadiqdir və heç vaxt heç bir şəraitdə nüvə silahından ilk istifadə etməməyə sadiqdir", - deyə Fu Tsun bildirib.

O əlavə edib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış sanksiya hədələriylə müşayiət olunmamalıdır. "ABŞ nüvə silahlarını Avropadan çıxarmalı və dünyanın başqa yerlərində yerləşdirməməlidir", - deyə Fu Tsun bildirib.