ABŞ səfiri Çin XİNə çağırılıb


Dünya 02 Avq 2022 23:54:00 159 0

ABŞ səfiri Çin XİNə çağırılıb

ABŞ-ın Çindəki səfiri Nikolas Börns bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, diplomata ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı etiraz ifadə edilib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanda səfərdədir. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olub. Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazı istiqamətinə göndərib.