Mömində bu 3 sifət olsa, Qiyamət günü rəhmət kölgəsində olar


Digərləri 02 Avq 2022 22:50:00 155 0

Mömində bu 3 sifət olsa, Qiyamət günü rəhmət kölgəsində olar

İmam Səccad (ə) buyurur: "Bu üç sifət hansı mömində olarsa, Allahın pənahında olar, Qiyamət günü İlahi ərşin rəhmət kölgəsində olar və məhşər səhrasının çətinliklərindən amanda olar:

1. Yoxsullara və yardım istəyənlərə köməyini əsirgəməsin.

2. Hər bir hərəkət etməzdən əvvəl düşünsün. O işi ki, görmək istəyir və ya o sözü ki, demək istəyir - Allahın onda razılığı vardır, yoxsa qəzəbi.

3. Başqalarının eybini tutmazdan və deməzdən əvvəl, öz eyiblərini aradan qaldırmaq üçün səy göstərsin".