Çin Tayvan ətrafında təlimlərə


Dünya 02 Avq 2022 21:59:00 163 0

Çin Tayvan ətrafında təlimlərə

Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Çinin müdafiə nazirliyi axşam saatlarında ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana səfərinə cavab olaraq ordunu döyüş hazırlığı vəziyyətinə gətirib.

Nazirlik bununla bağlı hərbi əməliyyatlara başlanacağını bildirib.

Həmçinin, Xalq Azadlıq Ordusunun Şərq Komandanlığı bu gecədən Tayvan ətrafında üç ərazidə (şimal, cənub-qərb və cənub-şərq) təlimlərə başlayıb.

Çinin 20-dən çox döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.