Vərəmin yeni müalicə üsulu tapıldı


Digərləri 02 Avq 2022 20:45:00 88 0

Vərəmin yeni müalicə üsulu tapıldı

Vərəm xəstəliyi heç cür təslim olmur və insanları yoluxdurmağa davam edir.

Son.az medicina.az-a istinadən bildirir ki, bu xəstəliyi əmələ gətirən mikrobakteriyalar çox davamlıdır və yeni antibiotiklərə tez öyrəşərək, davamlı mutasiyalar əmələ gətirirlər.

Alimlər, bu xəstəliklərlə mübarizədə daha prinsipial metodlara ehtiyac olduğunu düşünürlər. Sidneydən olan mütəxəssislər  sübut ediblər ki, mikrob orqanizmi zəbt edən zaman immun sisteminin işini zəiflətmək üçün trombositləri "aldadır".  Məhz bu xüsusiyyəti mikrobun özünə yönəltmək mümkündür.

Danino-rerio balıqlarında xəstəlik törədən vərəm mikrotörədicilərinin mikroskopla yoxlanıldıqda araşdırmaçılar infeksiyanın immuniteti dağıtdığını müşahidə ediblər.

Alimlər trombositləri tormbosit əleyhinə preparatların və aspirinin köməyi ilə "sakitləşdiriblər". Nəticədə bakterial təzyiq kifayət qədər azalıb.