Bədəndə yığılmış antibiotikləri məhv edən At südü –


Digərləri 02 Avq 2022 21:01:00 220 0

Bədəndə yığılmış antibiotikləri məhv edən At südü –

Orta Asiya ölkələri, Qazaxıstan və Qırğızıstanda çox içilən at südü hətta marketlərdə də bizdə inək südü satıldığı kimi satılır. O xalqlar bü südü faydasına görə ana südündən sonra ikinci yerdə görür.

Son.az medicina.az-a istinadən bildirir ki, at yeganə heyvandır ki, hər otu yemir, hər suyu içmir.  Atın südü Avropa ölkələrində də satılır. O, mikroelementlərlə zəngin süddür. Qazaxlar ondan dərman kimi istifadə edir.

Heç də ucuz olmayan bu süd insan orqanizmində müalicələrdən sonra yığılıb qalmış antibiotik qalığını tamamilə məhv edir. İndki dövrdə toyuq əti, yumurta və digər məhsullarla orqanizm antibiotiklərlə çirklənir. Heç bir süd antibiotikə təsir etmir. At südü bu baxımdan dəvə südündən də güclüdür.

Azərbaycanda daha çox uşaqların müalicəsində eşşək südü axtarılır. Amma əgər uşaq 1 stəkan at südü içsə o sanki sağlamlıq eliksiri içmiş sayılır.