YAPın Salyan təşkilatının sədr müavini


Digərləri 02 Avq 2022 20:26:00 139 0

YAPın Salyan təşkilatının sədr müavini

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.