Şəmkirdə məhkəmə qərarı niyə icra olunmur?


Digərləri 02 Avq 2022 19:54:00 175 0

Şəmkirdə məhkəmə qərarı niyə icra olunmur?

İki il əvvəl "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir regional qaz istismar idarəsi şəmkirli sahibkar Ruslan Əliyevə 18054 manat əsas borc və 22514 manat akt üzrə borc pul tələbinə dair iddia ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdi.

Son.az bildirir ki, R.Əliyev hüquqlarını təmsil edən vəkili Rövşən Əhmədovun  təmsilçiliyi ilə məhkəmədə qarşılıqlı iddia qaldıraraq akt üzrə yazılmış əsassız 22514 manat borcun silinməsi ilə həmin məhkəmədə çıxış etmişlər.

Nəticədə Gəncə Kommersiya Məhkəməsi 20.09.2020 çi il tarixli qətnaməsi ilə vəkil Rövşən Əhmədovun  qarşılıqlı iddiasını təmin edərək sahibkar R.Əliyevə yazılmış 22514 manat akt üzrə borcu silib ve aktı qanunsuz hesab edib.

Həmin qətnamədən narazı qalan "Azəriqaz" İstehsalat Birliyi Şəmkir Regional Qaz İstismar İdarəsi "Azəriqaz" İB-nin adından Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti etsə de, şikayəti təmin olunmayıb.

Belə ki, Gəncə Kommersiya Məhkəməsininqətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılıb.

Yəni hər iki məhkəmə sahibkara yazılan akt üzrə borcun əsassız olmasına dair yekdil hüquqi nəticəyə gəlib.

Qüvvəyə minmiş məhkəmə qətnaməsi artıq icra mərhələsindədir. Hətta "Azəriqaz" İB-nin barəsində məhkəmə qərarını icra etmədiyinə görə inzibati icraat baslanılıb.

Qanuni qüvvəyə minmiş məhkəmə aktından bir ildən artıq vaxt keçməsinə, habelə məhkəmə qərarının icrasının məcburiliyinə baxmayaraq, əsassız borc aktı indiyəjək silinmir və beləcə, məhkəmə qərarının tələbi icra olunmur.

Ümidvarıq ki tezliklə məcələ öz həllini tapacaq, məhkəmə aktı icra olunacaq.