Tamara Nurəliyevaya


Digərləri 02 Avq 2022 18:30:00 114 0

Tamara Nurəliyevaya

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

TƏBİB-dən verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi Tamara Nurəliyevaya həvalə olunub.

Tamara Nurəliyeva 14.07.1981-ci ildə Bakı şəhərində anadan olub.

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2005-2006-cı illərdə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura təhsili alıb.

2008-2009-cu illərdə "A-Qroup Sığorta şirkəti" QSC-də Müştərilərə xidmət departamentinin mütəxəssisi vəzifəsində çalışıb. 2017-ci ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Muğanlı kənd həkim məntəqəsinin müdiri, 2017-2020-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Suvagil kənd xəstəxanasının baş həkimi olub.

2020-ci ildən ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində çalışıb.

2022-ci ildən isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini vəzifəsinə təyin olunub.