Çin qırıcılarını Tayvan boğazına


Dünya 02 Avq 2022 18:48:00 134 0

Çin qırıcılarını Tayvan boğazına

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taybeyə enib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, onun təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar müşahidə edib.

Nensi Pelosini hava limanında Tayvan rəsmiləri qarşılayır.

-------

18:32

Çin Su-35 qırıcı təyyarələrini Tayvan boğazına yönəldib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hazırda Tayvan boğazında mülki təyyarələrin uçuşu qadağan edilib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu hərbi təyyarə Tayvanın hava məkanına daxil olub.

Təyyarə yaxın vaxtlarda Taybey şəhərinin Sunşan hava limanında eniş etməlidir.