"Bu üç ölkə bizimdir, SSRİ qayıdır!"


Siyasət 02 Avq 2022 19:02:00 89 0

"Bu üç ölkə bizimdir, SSRİ qayıdır!"

Xəbər verdiyimiz kimi, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dünən Vkontakte səhifəsində bir sıra ölkələri təhdid və təhqir edən yazı dərc edib. Bir neçə dəqiqə sonra isə o, paylaşımını silib.

Son.az axar.az-a istinadən bildirir ki, post silinsə də, bir çox mətbuat orqanları və sosial şəbəkə səhifələri həmin yazının skrin-şotlarını paylaşıb.

Bu gün isə Medvedyevin ötən gün rəsmi səhifəsinin sındırıldığı və onun ordu ilə bağlı yaydığı yazının əvəzinə "başqa məqalə" qoyulduğu haqda rəsmi açıqlama verilib.

Beləliklə də Rusiya ötən gün yayılan fikirlərin Medvedyevə məxsus olmadığını elan edib.

Bəs, ötən gün yayılan məqalədə nə yazılmışdı?

Medvedyevin səhifəsində paylaşılan sözügedən məqaləni olduğu kimi təqdim edirik:

"90-cı illərin əvvəllərində baş vermiş ölümcül səhvin düzəldiləcəyinə, bir daha heç vaxt suverenlik paradlarının olmayacağına və bir vaxtlar böyük Sovet İttifaqında yaşayan bütün xalqların yenidən dostluq və qarşılıqlı anlaşma ilə yaşayacağına heç kim şübhə etməməlidir. Bunun üçün nə gücümüzü, nə də vasitələrimizi əsirgəyəcəyik. Biz artıq bu yolda addım atmağa başlamışıq.

Kiyev və "Kiçik Rusiya"nın (Ukrayna nəzərdə tutulur - red.) bütün əraziləri onların uydurduğu ukraynalılığı təbliğ edən millətçi dəstələrdən azad edildikdən sonra Rusiya min il əvvəl Qədim Rusiya dövlətinin dövründə olduğu kimi, yenidən birləşəcək, güclü və yenilməz olacaq.

Bundan sonra, slavyan xalqının başçılıq etdiyi Moskvanın vahid gücü altında heç bir yerdə bitməyən vətənimizin sərhədlərini bərpa etmək üçün növbəti yola çıxacağıq. Bizdən alınan bütün torpaqlar əsrlər boyu çoxsaylı döyüşlərdə əcdadlarımızın qanı ilə suvarılıb və biz torpaqlarımızı heç kimə verməyəcəyik.

Məsələn, Gürcüstanın ilhaqına qədər o, ümumiyyətlə olmayıb. 1801-ci ilədək indiki Gürcüstanın ərazisi beş suveren siyasi qurumdan ibarət idi: paytaxtı Tiflis olan Kartli və Kaxetiya, paytaxtı Kutaisi olan İmereti, iki knyazlıq Qara dəniz sahilindəki Meqreliya və Quriya, dağlıq rayonlarında Svaneti knyazlığı.

Yəni Gürcüstan indiki sərhədlər daxilində yalnız Rusiya imperiyası çərçivəsində yaradılmışdır. Gürcüstan Rusiyaya ona görə özünü sırıdı ki, o, müsəlman dövlətlərinin kifayət qədər düşmənçilik şəraitində Rusiyanın yeganə müttəfiqi olduğunu başa düşdü. İndi də eyni tarix təkrarlanır. Şimali və Cənubi Osetiya, Abxaziya və Gürcüstanın qalan ərazisi yalnız Rusiya ilə vahid dövlətin tərkib hissəsi kimi birləşdirilə bilər.

Tarixdən daha bir misal, XVII əsrin əvvəllərində Şimali Qazaxıstanın xam torpaqlarında ruslar ilk yaşayış məskənlərinin əsasını qoydular. Üç əsr ərzində bu ərazinin ruslar tərəfindən müstəmləkələşdirilməsi prosesi davam etdi. Bunun üçün xüsusi təkan Sibir dəmir yolunun açılması və Stolıpin aqrar islahatı oldu. Sovet İttifaqının dağılmasından əvvəl Şimali Qazaxıstan əhalisinin 62,5%-ni slavyanlar təşkil edirdi. Qazaxıstan süni dövlətdir, o, keçmiş Rusiya ərazisidir. Məsələn, Quryev, Semipalatinsk şəhərləri, hətta Alma-Atı şəhəri 1924-cü ilə qədər Vernıy adlanırdı. Cari əsrdə Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başladı ki, bunu da ruslara qarşı soyqırım kimi qiymətləndirmək olar. Biz isə buna göz yummaq niyyətində deyilik. Ruslar ora gəlməyənə qədər nizam-intizam olmayacaq".

Allergiya xərçəngdən qoruyurmuş – like
  • 02 Avq 19:01  
Digərləri Allergiya xərçəngdən qoruyurmuş –

Allergik burun tutulması, yaz allergiyasından əziyyət çəkənlərdə xərç

arrow Ətraflı
"Bu ərazilər tezliklə Rusiyaya like
  • 02 Avq 19:00  
Siyasət "Bu ərazilər tezliklə Rusiyaya

"Krımı, Azov dənizini qorumaq üçün biz Xerson və Zaporojye bölgəl

arrow Ətraflı
Tətildən qayıdan turistin çamadanından 18 əqrəb çıxdı  FOTO like
  • 02 Avq 18:52  
Dünya Tətildən qayıdan turistin çamadanından 18 əqrəb çıxdı FOTO

Avstriya sakini Xorvatiyadakı tətildən evə qayıdıb və çamadanında 18 ə

arrow Ətraflı
Çin qırıcılarını Tayvan boğazına like
  • 02 Avq 18:48  
Dünya Çin qırıcılarını Tayvan boğazına

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi

arrow Ətraflı
Saxta qumbara ilə polisi girov götürdü like
  • 02 Avq 18:44  
Dünya Saxta qumbara ilə polisi girov götürdü

Rusiyada Saxalində sərxoş sürücü polis leytenantını girov götürərək

arrow Ətraflı
Tamara Nurəliyevaya like
  • 02 Avq 18:30  
Digərləri Tamara Nurəliyevaya

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti s

arrow Ətraflı
"Onunla fəxr etmirəm" like
  • 02 Avq 17:56  
Digərləri "Onunla fəxr etmirəm"

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskı

arrow Ətraflı
Aygün Kazımovanın qızı İlqarədən yeni FOTOlar like
  • 02 Avq 17:48  
Şou-biznes Aygün Kazımovanın qızı İlqarədən yeni FOTOlar

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə

arrow Ətraflı
Azərbaycanlı xanəndənin qızı onun qavalını like
  • 02 Avq 17:24  
Şou-biznes Azərbaycanlı xanəndənin qızı onun qavalını

Xanəndə, şair və qəzəlxan Hacıbaba Hüseynovun qavalı satışa çıxarı

arrow Ətraflı
Metyu Brayzadan Azərbaycandakı mina partlayışına like
  • 02 Avq 17:20  
Siyasət Metyu Brayzadan Azərbaycandakı mina partlayışına

Beynəlxalq ictimaiyyət Qarabağın minalardan təmizlənməsində Azərbaycan

arrow Ətraflı
“Bu o deməkdir ki, hamı dövlətin diqqətindədir" like
  • 02 Avq 17:18  
Siyasət “Bu o deməkdir ki, hamı dövlətin diqqətindədir"

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilmə

arrow Ətraflı
Pişiyin öz sahibinə sədaqəti görənləri təsirləndirdi  VİDEO like
  • 02 Avq 17:16  
Digərləri Pişiyin öz sahibinə sədaqəti görənləri təsirləndirdi VİDEO

Sahibinin göz yaşlarını silən pişik qısa müddət ərzində sosial şəb

arrow Ətraflı
Azərbaycanda bu il “ApplePay”lə 121 milyon manatlıq əməliyyat aparılıb like
  • 02 Avq 17:14  
Digərləri Azərbaycanda bu il “ApplePay”lə 121 milyon manatlıq əməliyyat aparılıb

Bu ilin I yarısında Azərbaycanda "ApplePay" ödәniş hәlli vasit

arrow Ətraflı
Ermənistan Azərbaycanı savaşa təhrik edir like
  • 02 Avq 17:10  
Siyasət Ermənistan Azərbaycanı savaşa təhrik edir

"Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbayca

arrow Ətraflı