Peyvənd olunanların sayı açıqlandı


Digərləri 02 Avq 2022 16:36:00 91 0

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 195 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 213, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 368, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 237 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 820 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 154, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 103, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 340 156, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 793 nəfər təşkil edir.