Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi


Digərləri 02 Avq 2022 15:48:00 111 0

Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi

Özbəkistanın Azərbaycanla ticarət dövriyyəsi təxminən 7 dəfə, Türkiyə ilə isə 2,5 dəfə artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekununda keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu müsbət tendensiya bu il də saxlanacaq.