Avropada gəzmək üçün ən yaxşı 17 YER


Digərləri 02 Avq 2022 13:40:00 216 0

Avropada gəzmək üçün ən yaxşı  17 YER

CNN International Avropada səyahət etmək üçün ən yaxşı 17 yeri sadalayıb. AviaTravel olaraq, bu turistik məkanların siyahısını və fotolarını sizə təqdim edirik. 

Efes, Türkiye

"İndiki Türkiyənin Səlcuq yaxınlığında yerləşən qədim Yunan-Roma şəhəri Efes zəhmətli qazıntı və bərpa işləri sayəsində Avropanın ən yaxşı klassik şəhəridir". 

2-ci əsr Celsus Kitabxanası qədim metropolun görməli yerləri arasında ən məşhurdur. Kurettes küçəsi və nəhəng Qədim Teatr 25.000 nəfəri qəbul edə bilərdi.

Picos de Europa, İspaniya

İspaniyanın ilk milli parkına ev sahibliyi edən dağ silsiləsidir.

Lofoten Adaları, Norveç

Arktika dairəsi daxilində yerləşən arxipelaq təbiət həvəskarları və macəra həvəskarları üçün çox əlverişlidir.

Apuseni Dağları, Rumıniya

Transilvaniyada Karpat dağlarının qərb hissəsində yerləşən dağ silsiləsi sərin havası, meşəlik ərazisi və əhəngdaşı qayaları ilə yay üçün idealdır.

Avignon, Fransa

100 min binası olan şəhər həm tarixi, həm də mədəni baxımdan cazibə mərkəzidir.

Lissabon, Portuqaliya

Portuqaliyanın paytaxtı zəngin yemək və içki mədəniyyəti ilə ziyarətçiləri cəlb edir.

Dingle Yarımadası, İrlandiya

İrlandiyanın cənub-qərb sahili səyahət zamanı aktiv olmaq istəyənlər və macəraçılar üçün idealdır.

Plovdiv, Bolqarıstan

Şəhər Avropanın ən qədim yaşayış məskənlərindən biridir.

Pompey, İtaliya