Bütün dünya Putinin keçmiş müşavirinin başına gələnlərdən danışır


Digərləri 02 Avq 2022 13:48:00 135 0

Bütün dünya Putinin keçmiş müşavirinin başına gələnlərdən danışır

Rusiya-Ukrayna müharibəsinin şiddətlə davam etdiyi bir zamanda bütün dünya Putinin keçmiş müşaviri Anatoli Çubaysın başına gələnlərdən danışır. "New York Times" Rusiya-Ukrayna müharibəsindən sonra ölkəni tərk edən Çubaysın xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Çubaysın qaldığı otağın qoruyucu geyimli ekspertlər tərəfindən araşdırılması sui-qəsd iddialarını gücləndirib...

Aylardır ki, dünyanın gözü və qulağı Ukraynadan gələn xəbərlərdədir. Ukraynanın şərq bölgələrində müharibənin şiddətləndiyi bir vaxtda Putinə ən yaxın adamlardan biri olan Anatoli Çubays xəstəliyi ilə gündəmə gəlib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, "New York Times"ın yaydığı xəbərə görə, bir vaxtlar Rusiya prezidenti Vladimir Putinin müşaviri olmuş Çubays təcili xəstəxanaya yerləşdirilib.

"ƏLLƏRİ VƏ AYAQLARI ANİDƏN KEYİMƏYƏ BAŞLAYIB"

Onun həyat yoldaşı Avodtya Smirnova rusiyalı jurnalist Kseniya Sobçaka bildirib ki, Çubays qəfildən əllərində və ayaqlarında keyimə hiss etməyə başlayıb.

Smirnova, həmçinin bildirib ki, ona nadir rast gəlinən Guillain-Barre sindromu diaqnozu qoyulub.

QALDIĞI OTAQ XÜSUSİ QRUP TƏRƏFİNDƏN YOXLANIB

"New York Times"ın Sobçaka istinadən yaydığı xəbərlərdə Çubaysın qaldığı otağın kimyəvi qoruyucu kostyum geyinmiş ekspertlər tərəfindən yoxlandığı barədə məlumat da yer alıb.

Bu isə zəhərlənmə ehtimalı kimi şərh edilib və sui-qəsd iddialarına səbəb olub.

"The New York Post" şərh edib ki, Aleksey Navalnı kimi Kreml dissidentlərinin keçmişdə müəmmalı və qəfildən xəstələndiyini nəzərə alsaq, Çubaysın vəziyyətinin pisləşməsi şübhə doğurur.

"The New York Post" qəzeti Çubaysın Avropa xəstəxanalarından birində müalicə olunduğunu yazıb, lakin ölkənin adını açıqlamayıb.