"Aİ Azərbaycandan daha çox qaz alır"


Digərləri 02 Avq 2022 14:28:00 107 0

"Aİ Azərbaycandan daha çox qaz alır"

Avropa İttifaqı (Aİ) Norveç, Əlcəzair və Azərbaycandan boru kəməri ilə daha çox həcmdə qaz almaqda irəliləyişə nail olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin açıqlamasında deyilir.

"Biz artıq Rusiya qazının Aİ-nin idxalında payını ilin əvvəlindəki 40 faizdən hazırda təxminən 20 faizədək azalda bilmişik. Bu, əsasən mayeləşdirilmiş təbii qazın satın alınmasının artırılması hesabına əldə edilib, onun istehlakda payı isə 19 faizdən 37 faizədək artıb. Biz həmçinin Norveç, Əlcəzair və Azərbaycandan boru kəməri ilə daha çox qazın alınmasında irəliləyiş əldə etmişik. Uzunmüddətli perspektivdə şaxələndirmə prosesində daha çox irəliləyiş gözləyə bilərik", - deyə açıqlamada bildirilir.