Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalandı FOTO


Siyasət 02 Avq 2022 13:20:00 227 0

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalandı  FOTO

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

"Türk dünyasının rifahını artıracaq, əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq",- M.Çavuşoğlu yazıb.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir. Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.