Özümüzü ictimai nəqliyyatda infeksiyalardan necə qorumalıyıq?


Digərləri 02 Avq 2022 06:01:00 202 0

Özümüzü ictimai nəqliyyatda infeksiyalardan necə qorumalıyıq?

Şəhərdəki həyat bir çox təhlükə ilə üz-üzədir və əsas olanlardan biri infeksiyadır. Qış fəslində sosial həyatı aktiv olan insanlar yoluxucu infeksiyalarla tez- tez üzləşə bilərlər. Özünüzü necə qorumalısınız? Sizə kömək edəcək bir neçə vasitələri təqdim edirik. Əllərin yuyulması. Əlbəttə ki, əllərinizi yumağın vacibliyini bilirsiniz;  bayırdan evə girdikdə, yeməkdən əvvəl, heyvanlarla təmasda olduqdan sonra və s. Ancaq infeksiyalardan qorunmaq üçün gigiyena prosedurunun başqa bir vacib məqamı var: ictimai yerlərə və xüsusən nəqliyyatdan sonra əllərin mütləq yuyulması çox önəmlidir. Qələm, cib telefonu, pul və daha çox yerdən təkcə bir tənəffüs yolu ilə bir infeksiyanı tuta bilərsiniz, buna görə də prinsip olduqca sadədir. Sanitariya. Avtobusdan, metrodan sonra əllərinizi yuya bilmirsinizsə əgər hər hansı bir əczanədə satılan xüsusi bir spirt məhlulundan istifadə edərək dizenfeksiya edə bilərsiniz. Yeri gəlmişkən nəqliyyatda gəzintidən sonra əllərinizi yumaq vərdişi yalnız qışda deyil, eyni zamanda ilin istənilən vaxtında olmalıdır. Məsələn, hepatit A (sarılıq), rotavirus, vərəm və demək olar ki, bütün bağırsaq infeksiyaları əllər vasitəsilə ötürülür. Bununla belə, hətta alimlər razılaşırlar ki, adi bir maska viruslardan tam qoruya bilməsə də, öskürək və ya asqırma kimi hallarda bir insanın tüpürcək hissəciklərinin havada uçuşaraq infeksiyanın yayılmasının qarşısını alır. Çantadakı antibakterial salfetlər də infeksiyalardan qorunmaq üçün yaxşı bir köməkdir. Burun spreyi. Yüksək yoluxucu mövsümlərdə yaxşı bir tədbir ictimai bir yerə baş çəkdikdən sonra burun yuyulmasıdır. Fakt budur ki, viruslar əksər hallarda burun mukozası vasitəsi ilə bədənə nüfuz edir: onlar nəfəs aldığımız hava ilə orqanizmimizə daxil olur. Ancaq onları yuyub təmizləsəniz, infeksiya riskini azalda bilərsiniz. Bunun üçün özünüz hazırlaya biləcəyiniz və ya əczanədə burun yuyulması üçün əlverişli bir formada ala biləcəyiniz duzlu məhlul(sprey) alıb istifadə edə bilərsiniz. Bütün bunlar çətin xəstəliklərə qarşı sadə vərdişlər hesab edilir. İnfeksiyaya qarşı qorunmanın həqiqətən təsirli bir yolu, əllərinizlə üzünüzə toxunma vərdişindən imtina etməkdir. Gözlərinizi və ya burnunuzu barmaqlarınızla ovuşdurmağı tərgitməlisiniz.