Günün qoroskopu: uzun müddətdən bəri sizi narahat edən suala cavab tapa bilərsiniz


Digərləri 02 Avq 2022 00:01:00 236 0

Günün qoroskopu: uzun müddətdən bəri sizi narahat edən suala cavab tapa bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısı xeyli məhsuldar zamandır. Başladığınız işləri məhsuldar şəkildə yerinə yetirə bilərsiniz. Bununla belə, fəaliyyətinizdə ciddi dönüşə bel bağlamayın.

Mübahisələrə qatılmayın. Dəyişə bilməyəcəyiniz situsiyalara emosiyalarınızı sərf etməyin.

Günün ikinci yarısında tərəfdaşlarınız müxtəlif cəbhələrdə irəliləməyə çalışacaqlar. Fəqət, onların layihələrindən birini siz tamamlamalı olacaqsınız.

İstənilən formada təzyiqə və kənar müdaxiləyə kəskin reaksiya verin. Rəqiblər sizi zəif saymasınlar. Axşam saatlarında enerjinizi faydalı məsələlərin həllinə yönəldin.

Süst olmayın.

Buğa - ev işləri yetərincədir. Səbrli, soyuqqanlı olun. Kəskin hərəkət etməyin, sərt danışmayın. Düşünülməmiş qərarlar verməyin.

Kölgəyə çəkilmək, olayların episentrindən uzaqlaşmaq alınmayacaq. Fəaliyyət arealında qayda yaradın. İşləri nizamlayın.

Alış-verişdə yalnız zəruri əşyaları alın.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Əkizlər - genişmiqyaslı layihəyə başlamaq üçün uğurlu zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür. Emosional baxımadan zəngin vaxtdır. Müxtəlif mənbələrdən yeni xəbərlər ala bilərsiniz.

Müzakirələr üçün əlverişli zamandır.

Günün ikinci yarısında məişət problemləri və ailə qayğılarının həlli vaxtınızı alacaq. Çətinlikləri aradan qaldırararkən rutin metodlardan, aktuallığını itirmiş taktikadan istifadə etməyin.

Ümumi plan və ya maraqlarınız olan insanlarla aktiv ünsiyyətdə olun.

Xərçəng - günün ilk yarısı məhsuldar olacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Yazışmalarda hisslərə qapılmayın.

Proseslərin konkret kursu görünmür. Fəaliyyətinizin sonucları sizi tam razı salmayacaq. Emosiyalar çox, nəticə azdır. Münaqişə, mübahisə istisna deyil.

Günün ikinci yarısında yersiz etiraflar baha başa gələ bilər. Olayların süjeti sizi təlaşa sala bilər.

Bir yerdə problemi aradan qaldıran kimi digər məqamda çətinliklər formalaşmağa başlayacaq. Alış-verişdə çox pul xərcləməyin. Bədxərclik yolverilməzdir.

Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Şir - xırdalıqlara fikir vermək asan olmasa da, detalları nəzərdən qaçırmayın. Qəfil xəbər və ya gələn informasiya narahatlıq, nigaranlıq yarada bilər. Ətrafınızda baş verənlərdən nəticə çıxarın.

Yeni ideya və planları situasiyada maraqlı insanlarla bölüşə bilərsiniz. İşdə rəhbərliklə təmaslarda diqqətli olun. Maddi təminat və ya ödəniş olmadan əlavə tapşırıq ala bilərsiniz.

Günün ikinci yarısında romantik hisslərə qapılaraq kobud səhvlərə yol verməyin. Şəxsi münasibətlərdə yaxşı zamandır. Yeni tanışlıqlarla bağlı ciddi gözləntiləriniz olmasın.

Qız - retroqrad insanlardan uzaq durun. Yeni işlərə başlamaq istəyirsinizsə, onlara bel bağlamayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin.

Ünsiyyət, danışıqlar, məlumat mübadiləsi, dostlara yardım, təkliflər olacaq. Sınanmış metodlardan istifadə edin. Aktiv, mütəhərrik olun. Danışıqlarda mövqelərinizi qoruyun.

Günün ikinci yarısında tənqidlərə sərt reaksiya verməyin. Əks mövqeni dinləməyi bacarın.

Dəyər verdiyiniz insanın diqqət izharına, pozitiv dəyərləndirməyə, tərifə ehtiyacı var.