Maşında kişi meyiti tapılıb: Görün kim imiş VİDEO


Digərləri 01 Avq 2022 23:45:00 161 0

Maşında kişi meyiti tapılıb: Görün kim imiş  VİDEO

Sumqayıtda avtosalonların birində maşında meyit tapılıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Sumqayıt şəhəri ərazisində avtomobil satışı ilə məşğul olan obyektlərin birində qeydə alınıb. Belə ki, "Lada Priora" markalı avtomobildə kişi meyiti aşkarlanıb. Meyitə baxış zaman onun 1971-ci il təvəllüdlü Məmmədov Dadaş Hacı oğlu olduğu müəyyən edilib. Məlumata görə, 51 yaşlı D. Məmmədov həmin salonda gözətçi işləyirmiş. Araşdırma zamanı onun bir neçə gün öncə öldüyü məlum olub.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.