"Ukraynadan taxıl ixracı..."


Dünya 01 Avq 2022 23:55:00 1775 0

"Ukraynadan taxıl ixracı..."

Ukraynadan taxıl ixracı mexanizminin işləməsi üçün prosedurlar praktiki olaraq razılaşdırılıb.

Son.az "report"a istinadən bildirir ki, bunu brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

"Prosedurlar praktiki olaraq razılaşdırılıb və bir neçə gündən sonra dərc olunacaqlar"- deyə, o bildirib.

O, əlavə edib ki, Qara dənizlə bağlı sazişlər çərçivəsində taxıl daşıyan gəmilərin yola salınması ilə bağlı qərarlar Odessa limanı tərəfindən qəbul edilir, bu qərarlara uyğun olaraq yeni gəmilər gedəcək.