Baydendən Rusiya ilə bağlı açıqlama


Dünya 01 Avq 2022 23:25:00 108 0

Baydendən Rusiya ilə bağlı açıqlama

ABŞ Rusiya ilə nüvə də daxil olmaqla yeni silahlara nəzarət sistemini operativ şəkildə müzakirə etməyə hazırdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, avqustun 1-də ABŞ prezidenti Co Bayden bildirib.

"Bu gün mənim administrasiyam 2026-cı ildə istifadə müddəti başa çatan START III-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara keçməyə hazırdır", - deyə C.Bayden bildirib.

C.Bayden xatırladıb ki, hətta soyuq müharibənin qızğın vaxtında Vaşinqton və Moskva dünyada strateji sabitliyi təmin etmək üçün birgə işləyə biliblər.