Tatlısəsin keçmiş həyat yoldaşı onu məhkəməyə verdi FOTO


Digərləri 01 Avq 2022 22:44:00 146 0

Tatlısəsin keçmiş həyat yoldaşı onu məhkəməyə verdi  FOTO

İbrahim Tatlısəsin birinci həyat yoldaşı Ədalət Durak Şanlıurfa Məhkəməsinə gedərək keçmiş həyat yoldaşının onu təhqir etdiyi iddiası ilə şikayət edib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.

Bildirilib ki, Ədalət Durak şikayət ərizəsində İbrahim Tatlısəsin qatıldığı canlı yayımda "o qara çadralı" deyərək onu təhqir etdiyini iddia edib.

Həmçinin o, şikayətində keçmiş həyat yoldaşının geyiminə görə onu "qara ilan", dini inancına görə isə "cadugar" adlandıraraq ictimaiyyət qarşısında təhqir etdiyini bildirib.

Qeyd edək ki, İbrahim Tatlısəs "Beyaz maqazin" verilişində canlı yayımda gənc sevgilisi ilə evlənməyə hazırlaşdığını, lakin cadudan dolayı işlərinin yaxşı getmədiyini iddia edib: