Təcavüzdə ittiham olunan məşhur prodüserlə bağlı


Şou-biznes 01 Avq 2022 18:37:00 186 0

Təcavüzdə ittiham olunan məşhur prodüserlə bağlı

Məşhur kanadalı prodüser, ssenarist Pol Edvard Haqqisə qarşı irəli sürülən cinsi təcavüz iddiası ilə bağlı nəticə bəlli olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, İtaliya məhkəməsi Pola qarşı açılan cinayət işinin bağlanmasına qərar verib.

Belə ki, İtaliya məhkəməsi iyunun 19-da Ostuni şəhərində britaniyalı qadının Pol tərəfindən cinsi təcavüzə məruz qalması ilə bağlı kifayət qədər dəlil olmadığı səbəbindən onu təqsirli bilməyib.