Reper konsert zamanı


Dünya 01 Avq 2022 16:28:00 197 0

Reper konsert zamanı

Səhnə adı Lil Durk ilə tanınan amerikalı reper Derk Benks ABŞ-ın Çikaqo şəhərində "Lollapalooza" festivalında çıxış edərkən xəsarət alıb.

Son.az bildirir ki, bu barədə "Variety" məlumat yayıb.

Musiqiçinin "Back In Blood" mahnısını ifa edərkən səhnədə tüstü generatorunun partlaması nəticəsində üzü yanıq aldığı bildirilib. Tədbirin təşkilatçıları onun köməyinə qaçsalar da, Benks çıxışına davam edib. Daha sonra o, sosial şəbəkələrdə konsert fəaliyyətinin müvəqqəti dayandırıldığını və səhhətinin qayğısına qalmağı planlaşdırdığını açıqlayıb. Postu sağ gözündə sarğı ilə xəstəxanada olan Derkin fotosu müşayiət edirdi.

İrfan Vəliyev Son.az