Bəy toyda gəlini ələ saldı, qalmaqal qopdu


Digərləri 01 Avq 2022 15:38:00 110 0

Bəy toyda gəlini ələ saldı, qalmaqal qopdu

"Face-Abstract7679" ləqəbli "Reddit" istifadəçisinin nişanlısı onu manekenlə müqayisə edərək toyu korlayıb.

Son.az bildirir ki, o, öz hekayəsini müvafiq saytda paylaşıb.

Qız 20 yaşında makiyajla maraqlandığını və bunun sonradan onun üçün gəlir mənbəyinə çevrildiyini və özünə inam yaratdığını bildirib. "Həmişə özümə hörmətlə bağlı problemlərim olub. Bundan əlavə, mən introvert, utancaq və narahat bir insanam, bu da vəziyyəti daha da ağırlaşdırır", - o deyib. Eyni zamanda, onun sevgilisi tez-tez peşəsi haqqında istehza ilə zarafat edirdi. Lakin istifadəçi etiraf edib ki, o, toy günü görkəminə lağ edəcəyini gözləmirdi.

"Nitq zamanı bəy mənə baxdı və dedi: "Budur, bu makiyajla univermaq manekeninə bənzəyən gəlinim". Mən məəttəl qaldım. Qonaqlar mənə gülməyə başladılar. O qədər qəzəbləndim ki, qəzəbimi necə saxlaya biləcəyimi bilmirdim. Valideynlərinin yanında olmasını gözlədikdən sonra ona hücum etdim", - deyən istifadəçi kişini danladığını qeyd edib.

Öz növbəsində, bəy qızı onun sözlərinə həddindən artıq reaksiya verməkdə və qohumlarının qarşısında onu alçaltmaqda ittiham etdi. İstifadəçi onu da əlavə edib ki, sevgilisi üç gün ondan inciyib, sonra üzr istəməsini tələb edib.

İrfan Vəliyev Son.az