"Vmedia" Filipp Ekozyantsın ermənilərin sildirdiyi videosunu bərpa etdi VİDEO


Siyasət 01 Avq 2022 15:44:00 200 0

"Vmedia" Filipp Ekozyantsın ermənilərin sildirdiyi videosunu bərpa etdi  VİDEO

"Vmedia" "Youtube" kanalı məşhur erməni tədqiqatçısı Filipp Ekozyantsın silinmiş videosundan hissələr yerləşdirib və hər kəsi bu videonu aktiv şəkildə dəstəkləməyə çağırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, söhbət erməni tarixçisi, elmlər doktoru, İrəvan Dövlət Universitetinin müəllimi Stepan Stepanyantsın ermənilərin guya "tarix boyu təqiblərə məruz qaldıqları" ilə bağlı sözlərinə F.Ekozyantsın qiyabi cavabından gedir. Belə ki, S.Stepanyantsın fikrincə, "ermənilər hər zaman yalnız erməni və xristian olduqlarına, həm də torpaqlarına görə təqiblərə məruz qalıblar".

F.Ekozyants erməni tarixçisinin bütün arqumentlərini asanlıqla və ironiyalı şəkildə təkzib edir, amma bu cür həqiqətdən narahat olanların çoxsaylı şikayətlərinə görə onun videosu silinib.

Bununla belə, "VMedia" kanalı bu məzmunu saxlaya bilib, çünki müəlliflərinin fikrincə, erməni ictimaiyyətinin alternativ nəzər nöqtəsinə çıxış əldə edə bilməsi çox vacibdir. Ermənistan vətəndaşları öz tarixləri ilə bağlı həqiqətləri nə qədər çox bilsələr, Ermənistanın regiondakı yaxın qonşularına qarşı aqressiv mövqeyindən tədricən uzaqlaşma şansı bir o qədər artacaq.


Xəbərə aid video