İsrail təyyarəsi niyə Bakıda təcili eniş etdi?


Digərləri 01 Avq 2022 15:08:00 132 0

İsrail təyyarəsi niyə Bakıda təcili eniş etdi?

Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

Son.az APA-ya istinadən bildirir ki, təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib. Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib.