"Dostum uşağın şəklini göndərib soruşdu ki, atası sənsən?"


Digərləri 01 Avq 2022 15:14:00 199 0

"Dostum uşağın şəklini göndərib soruşdu ki, atası sənsən?"

"TheCallipygianDuck" ləqəbli "Reddit" istifadəçisi keçmiş həyat yoldaşının övladı ilə bağlı bir faktı öyrənib və qəzəblənib.

Son.az bildirir ki, kişinin sözlərinə görə, keçmiş arvad yeni doğulmuş qızına nadir soyadını verib, ona görə də indi onların kiçik şəhərinin sakinləri onun uşağın atası olduğunu düşünürlər.

Yazı müəllifi bildirib ki, o, keçmiş həyat yoldaşından 4 il əvvəl ayrılıb, lakin o, son dərəcə nadir olan soyadını saxlamağa qərar verib. Bu yaxınlarda qadının başqa kişidən uşağı olub, amma qız onun soyadını daşıdığından hamı onu uşağın atası olduğunu düşünür.

Keçmiş arvadın yeni doğulan qızına soyadını verməsi kişini son dərəcə qəzəbləndirib. "Bir dostum onun fotosunu mənə göndərdi və soruşdu ki, qızın atası sənsən?. Bundan sonra təbrik etmək və ya qızın mənim uşağım olub-olmadığını öyrənmək üçün daha dörd nəfər mənimlə əlaqə saxladı", - o deyib.

Keçmiş həyat yoldaşını görən kişi uşağın həqiqətən onun soyadının daşıdığını soruşdu. O, bu məlumatı təsdiqləyib. "Bu məni əsəbiləşdirdi. Mənim soyadım çox nadirdir, buna görə də insanlar bunu eşidəndə təbii olaraq güman edirlər ki, bu mənim uşağımdır, amma bu, belə deyil", - o deyib.

"Mən ona dedim ki, onun yeni doğulmuş uşağa boşandığı, uşaqla heç bir əlaqəsi olmayan kişinin soyadını verməsi çox qəribədir", - o deyib. Lakin qadın cavab verib və uşağa kişinin soyadını deyil, öz soyadını verdiyini bildirib.

İrfan Vəliyev Son.az