Uşaqlarla rahat səyahət edə biləcəyiniz 10 ÖLKƏ


Digərləri 01 Avq 2022 15:22:00 128 0

Uşaqlarla rahat səyahət edə biləcəyiniz   10 ÖLKƏ

Gənclik illərində dünyanı gəzib-dolaşmaq arzusu ilə səyahətlərə çıxırsan.  Daha sonra evli cütlük kimi gəzməyə başlayırsan. Görürsən ki, cüt gəzmək tək səyahətdən daha maraqlı imiş. Daha sonra uşaq dünyaya gəlir, gəzmək qurtardı. Nə edək?! Evdə oturaq?! Kim deyib ki, uşaqla gəzmək olmaz! Uşaqla uşaq olub səyahəti daha da maraqlı etmək olar. Düzdü uşaqla səyahətin bəzi çətinlikləri var, məsuliyyəti var, gecə həyatı yoxdur, biraz əlavə xərci var, artıq vağzallarda yata bilmirsən amma o qədər də çətin məsələ deyil. Uşaqla səyahətin bəzi qaydaları var ki, onlara əməl etsən çox rahat bir səyahət etmiş olarsan. Mühüm olan düzgün səyahət planı qurmaq və uşaqla səyahət zamanı vacib olan məqamları unutmamaqdır.

Uşaqla səyahət

İlk olaraq vacib olan məqamları qeyd edək. Artıq yükləriniz ölçüsü və sayı artır, uşaq üçün əlavə geyim, ilk yardım dərmanları, yolda başını qatmaq üçün oyuncaq və ya rəngləmək üçün dəftər, qələmlər, çox məsləhət görülməsə də təcili vəziyyətlərdə cizgi film və ya oyun yüklənmiş planşetlər baqajın əsas hissəsini təşkil edir. Digər mühüm olan məqam isə düzgün səyahət planı qurmaqdır, uşaqla gedilə biləcək yerləriaraşdırmaqdır. Çünki, səyahət edəcəyimiz hər şəhər uşaq dostu olmur. Uşaqla səyahətediriksə, elə məkanlar seçməliyik ki, həm uşaqlar üçün maraqlı, öyrədici yerlər olsun, həm də bizim üçün də yorucu bir seyahət olmasın.

Uşaqla səyahət edilə biləcək yerlər

Bu blog yazımda mən sizin işinizi asanlaşdırmaq üçün uşaqla səyahət edilə biləcək 10 şəhər haqqında məlumat verəcəyəm. Həmçinin, həmin şəhərlərdə uşaqla gəziləcək yerlərdən danışacağam, hansı ki, uşaqlı ailələrin səyahət öncəsi ən çox maraqlandıqları məsələlərdəndir. Bir sözlə, bu yazını oxusanız rahatlıqla uşaqlarınızla səyahət planı qura bilərsiniz.

Amsterdam, Hollandiya 

Nədənsə Amsterdam deyəndə ağıla gələn ilk şey gecə həyatı, Red light küçəsi, məşhur cookie olur. Amma əslində Amsterdam uşaq dostu bir şəhərdi. İstər kanallarda qayıq turu, istər yaşıl parkları, istər muzeyləri uşaqların marağına səbəb olacaq. Bu siyahıya Vondelpark, Madame Tussauds museum, Tropenmuseum, Nemo Science Museum, Amstelpark, Hortus Botanicus, Oosterpark, Micropianı, Efteling atraksion parkı və s. əlavə etmək olar. Nemo muzeyi uşaqlar üçün təcrübə meydançası sayıla bilər. Məktəbdə öyrəndikləri fizika qanunlarını təcrübələrlə sınaqdan keçirtmələri onlar üçün əsl həyəcan olacaq. Bu sadəcə uşaqlar üçün deyil, həmçinin sizlər üçün də maraqlı olacaq. Odur ki, ürək rahatlığı ilə Amsterdama uşaqla səyahət edə bilərsiniz.

Paris, Fransa

Paris cütlüklər üçün romantik şəhər sayılsa da, uşaqlar üçün də Disneyland deməkdir. Sadəcə uşaqların deyil, bir çoxumuzun da uşaqlıq arzularından biri olub Disneylandı görmək. Odur ki, bu arzumuzu övladlarımızla birlikdə yaşayaq. Kaliforniyadakı, Tokiodakı, Floridadakı, Honkonqdakı Disneyland-ə gedə bilmirsinizsə, bizə ən yaxın olan Parisdəkinə gedə bilərsiniz. UşaqlaParis səyahəti düşünürsünüzsə, 1 günü Disneyland-ə ayırmağınızı tövsiyə edirəm. Parisdən 35-40 dəqiqəlik məsafədə olan Marne la Vallee bölgəsində yerləşən parka RER A qatarı vasitəsi ilə gedə bilərsiniz. İki parkdan ibarət olan ( Disneyland Park və Walt Disney Studios Park ) Disneyland-in bilet qiymətləri hər sezona görə dəyişir, yaxşı olar ki, daha öncədən qiymətlərə baxıb ona görə səyahətinizi planlayasınız.

Valensiya, İspaniya

Növbəti uşaqlarla gəzilə biləcək şəhər Valensiyadan danışım. Valensiya demək olar ki, uşaqlarla birlikdə vaxt keçirmək üçün ən ideal şəhərlərdən biridir. İstər muzeyləri, istər zoo parkları, istərsə də yay aylarında qızmar dənizi ilə uşaqların sevimli şəhərinə çevriləcək. O qədər maraqlı yerlər var ki, uşaqlar sizi heç yormadan vaxtın necə keçdiyini bilməyəcəksiniz. Valensiya Bioparkı, Natural Science Museum of Valencia, Gulliver Park, Museo Fallero, Museu de les Ciencies Principe Felipe, L'Oceanografic Valensiyada uşaqla gəzilə biləcək məkanlardır. Valensiyanın L'Oceanografic akvariumu Avropanın ən böyük akvariumudu. Dünyadakı sıralaması isə 4-cü yerdədi.

London, İngiltərə

London uşaqla gəziləcək ən rahat şəhərlər sırasındadır. Daha çox yaz, yay aylarında gedilməyi məsləhətdir. Hər tərəfi yamyaşıl parklar olan bu şəhərin ən gözəl mövsümü yaz, yay aylarıdır mənə görə. Hyde Parkı ilə, girişi pulsuz olan muzeyləri ilə, London Eye, Big Beni ilə uşaqların marağını cəzb edəcək bir şəhərdir. Bundan başqa Crystal Palace parkındakı Dinasour Lake ətrafındakı dəmirdən olan böyük dinozavrlar çox diqqət çəkicidirlər. Harry Potter sevənlər üçün London yaxınlığında olan Hertfordshiredə yerləşən Harry Potter studiyalarını görmədən getmək günah olar.

Rovaniemi, Finlandiya