Azərbaycan və Özbəkistan biznes qurumları arasında əlaqələr genişləndirilir FOTO


Digərləri 01 Avq 2022 14:39:00 218 0

Azərbaycan və Özbəkistan biznes qurumları arasında əlaqələr genişləndirilir  FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanda bir sıra görüşlər keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazir "Twitter" səhifəsində bildirib.

"Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olduq, "Uztekstilprom" Assosiasiyasının sədri İlhom Haydarov və "Uzbekipaksanoat" Assosiasiyasının sədri Bahrom Şaripovla görüşdük.

Biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışdıq", - M.Cabbarov qeyd edib.