Lotoreyadan 1,28 milyard dollar qazanan şəxsdən xəbər var Üçdə birini...


Dünya 01 Avq 2022 14:42:00 125 0

Lotoreyadan 1,28 milyard dollar qazanan şəxsdən xəbər var  Üçdə birini...

Altı rəqəmi düzgün təxmin edərək "Mega Millions" lotereyasında 1,28 milyard dollar qazanan ABŞ-ın İllinoys sakini məbləğin yalnız üçdə birini alacaq.

Son.az bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.

Adını açıqlamamaq istəyən qalib uduşun bütün məbləğini yalnız 29 il müddətinə illik taksitlərlə razılaşdığı təqdirdə ala bilərdi.

Lotereyanın qaydalarına əsasən, uduşların yalnız bir hissəsi nağd və dərhal verilir, bu halda - 780,5 milyon dollar. Bu məbləğ də vergiyə cəlb edilir, ona görə də qalibə son ödəniş 433,7 mln. dollar olacaq.