Ceyhun Kərəmov peşə təhsilinə qəbul sayından


Digərləri 01 Avq 2022 12:10:00 131 0

Ceyhun Kərəmov peşə təhsilinə qəbul sayından

2026-cı ilin sonuna qədər peşə təhsilinə qəbulun sayı 11 minə qədər artacağı gözlənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.

O qeyd edib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda peşə təhsili ilə bağlı da hədəflər müəyyən edilib.

Onun sözlərinə görə, hədəflərdən biri mövcud ixtisaslarla yanaşı, əmək bazarına uyğun olaraq yeni ixtisasların da yaradılmasıdır.