"Bu, tamamilə yeni mexanizmdir"


Siyasət 01 Avq 2022 10:46:00 158 0

"Bu, tamamilə yeni mexanizmdir"

Özbəkistan, Türkiyə və Azərbaycan investisiyalar, innovasiya, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov deyib.

Onun sözlərinə görə, üç ölkənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin avqustun 2-də nəzərdə tutulan görüşü zamanı tərəflər regionlararası əməkdaşlığın inkişafı məsələləri müzakirə edəcək.

"Bu, tamamilə yeni mexanizmdir. Danışıqlar üç ölkə rəhbərləri arasında əldə olunmuşa razılıqlara uyğun olaraq təşkil edilir", - deyə o bildirib.