Pentaqon Ukraynaya ayrılan vəsaitləri "yeyir"


Siyasət 31 İyl 2022 22:31:00 96 0

Pentaqon Ukraynaya ayrılan vəsaitləri "yeyir"

Ukraynaya ayrılan milyardlarla vəsaitin böyük hissəsi ünvanına gedib çatmır.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Judging Freedom" yutub kanalına müsahibəsində bildirib.

"Avadanlıq və resursların Avropaya ötürülməsinə görə silahlı qüvvələrə kompensasiya olaraq Pentaqona böyük məbləğlər çatır. Ukrayna üçün nəzərdə tutulan pul ABŞ-a qaytarılır. Geri qaytarılan vəsait Kiyevə köçürülənləri əvəz etmək üçün yeni texnika və silahların istehsalına görə ödənilir" deyən keçmiş müşavir bu sxemi "fırıldaq" və "pis karusel" adlandırıb.