İnsanın ən böyük dostu və ən böyük düşməni nədir?


Digərləri 28 İyn 2022 23:20:00 173 0

İnsanın ən böyük dostu və ən böyük düşməni nədir?

Allahın insana əta etdiyi ən gözəl nemətlərdən biri ağıldır. Bu nemət insan şəxsiyyətinin əsasını təşkil edir. Bu dəyərli gövhər sayəsində insan doğru və yanlış yolu bir-birindən ayıra bilir. Onun nuru altında özünə həyatın zülmətlərindən nicat verə bilir.

Hər kimin belə bir sərmayəsi olarsa, hər nemətin haqqını layiqincə yerinə yetirər. Bilər ki, bu nemət ona nə üçün verilmişdir. Ancaq çarəsiz insanlar bu nemətdən məhrum olarlar.

Ona görə də onların insani həyatları və şəxsiyyətləri olmaz. Çünki cahilillik ardınca düşərlər. Bu həqiqətdən qafildirlər və qürurlarının təsiri altında ancaq özlərini görərlər. Bu dəstəni ancaq ölülərlə müqayisə etmək olar.

Həsən ibni Cəhəm nəql edir: "İmam Rzadan (ə) eşitmişəm ki, buyurub: "Hər bir insanın dostu - ağlıdır. Düşməni - cahillik və nadanlıqdır"".

Əsil dost heç bir zaman öz dostuna xəyanət etməz. Salamat ağıl insanı hidayət edən zaman sadiqcəsinə əməl edər. Onun üçün hidayət çırağı olub, səadətə tərəf aparar.

Ancaq cəhalət və nadanlıq insanın düşmənidir ki, onu həqiqi yoldan azdırar.