İstidə ürəyi qorumağa nə kömək edir?


Digərləri 28 İyn 2022 23:30:00 147 0

İstidə ürəyi qorumağa nə kömək edir?

Ürəyi zəif olan insanlar isti yay havalarında xüsusilə diqqətli olmalıdırlar - yüksək hava temperaturu təhlükəli ürək-damar xəstəliklərinin tətikçisi ola bilər.

Son.az lent.az-a istinadən bildirir ki, bu barədə həkim kardioloq Anna Davıdova xəbərdarlıq edib.

"İstidə gündüz saat 12-dən 17-yə qədər  çölə çıxmamalı, həm də otağı havalandırmalısınız", - mütəxəssis tövsiyə edib.

Kardioloq qeyd edib ki, adətən iyun ayında baş verən intensiv yay istisinin ilk dalğasına orqanizm ən pis dözümlüdür, bu, xüsusən də risk qrupuna daxil olan insanlara (65 yaşdan yuxarı və ya xroniki xəstəlikləri olanlara) aiddir.

"İsti hava üçün susuzlaşma, işemik insult, aritmiya, hipotenziya, kəskin miokard infarktı, ürək çatışmazlığının inkişafı və kəskin böyrək çatışmazlığı kimi problemlər xarakterikdir", - Anna Davıdova xəbərdarlıq edib.