Hər 1 saatdan bir 1 stəkan su için


Digərləri 28 İyn 2022 23:35:00 134 0

Hər 1 saatdan bir 1 stəkan su için

Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə bu isti havada vacibdir. Bu sadə qaydaya əməl etməklə siz özünüzü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilərsiniz.

Ən yaxşı seçim dükanlarda butulkalarda satılan təmiz qazsız və şəkərsiz sudur. Bu mümkün olmadığı halda qaynanmış sudan istifadə edə bilərsiniz. Su çox qaynamamalıdır, ilk qabarcıqlar əmələ gələn kimi çaydanı oddan götürün. Qaynanmış suyu 12 saatdan artıq saxlamayın.

Suyu asta-asta kiçik qurtumlarla içmək lazımdır. Çox soyuq su içmək olmaz. Bununla siz sağlamlığınıza yalnız ziyan vura bilərsiniz. Hər zaman yanınızda su saxlayın. Çölə çıxdıqda özünüzlə mütləq 1 butulka su götürün. Hər 1 saatdan bir 1 stəkan su içməyin MÜHÜM FAYDALARI: 1. Arıqlama Bu qaydaya əməl etməklə siz artıq çəkidən xilas ola bilərsiniz. Su iştahanı azaldır, mübadilə proseslərini sürətləndirir. Bunlar isə arıqlamağa kömək edir. Bundan əlavə suyun tərkibində kalori yoxdur. Bu səbəbdən şirin qazlı içkiləri, şirələri və s. təmiz su ilə əvəz etməklə siz daha az kalori qəbul edəcəksiniz. 2. Sağlam ürək və damarlar Amerika alimlərinin 6-illik araşdırması göstərib ki, gün ərzində 5 stəkandan az olmayaraq təmiz su içən insanlarda ürək-damar xəstəliklərinin inkişafı riski 40% azalır. Suyun kifayət miqdarda qəbulu qanı duruldur, qan damarlarda daha sərbəst dövr edir ki, bu da ürəyə və damarlara olan gərginliyi azaldır. Lakin bu sağlam insanlara aiddir. Bəzi ürək-damar sistemi xəstəlikləri zamanı həkimlər əksinə suyun miqdarını azaltmağı tövsiyə edirlər. 3. Gümrahlıq Susuzlaşma insanı yorğun, zəif edir. Bu səbəbdən özünüzü hər zaman gümrah hiss etmək istəyirsinizsə, su için. 4. Baş ağrılarını azaldır Bir çox hallarda baş ağrılarının səbəbi məhz suyun az miqdarda qəbulu və orqanizmin susuzlaşması olur. 5. Cavan və sağlam dəri Suyun az miqdarda qəbulu ilk növbədə dərimizə mənfi təsir edir. Dəri tez qocalır, cansız və solğun görünür, dərinin rəngi pisləşir, səpgilər əmələ gəlir. Dərinizi cavan, gözəl, təmiz və sağlam saxlamaq istəyirsinizsə, hər 1 saatdan bir 1 stəkan su için. Yalnız 1 həftə ərzində bu qaydaya əməl etsəniz, effekt görə bilərsiniz. 6. Həzm sisteminin normal fəaliyyəti Normal həzm prosesləri üçün kifayət qədər maye lazımdır. Bəzən uzun müddət ərzində xroniki qəbizlikdən əziyyət çəkən insanlar suyu kifayət miqdarda qəbul etməyə başladıqda bu problemdən qurtulurlar. 7. Orqanizmin təmizlənməsi Su orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, ağır mealların duzları və s.) mexaniki olaraq təmizləyir. Ziyanlı maddələrin orqanizmdə toplanması bir çox xəstəliklərin riskini artırır. 8. Sağlam böyrəklər Böyrəklərin sağlamlığı üçün suyun kifayət miqdarda qəbulu olduqca çox vacibdir. Böyrəklər qanı təmizləyir, orqanizmdə filtr funksiyasını yerinə yeririr. Susuzlaşma qanın qatılaşmasına səbəb olur. Bu isə böyrəklərin işini çətinləşdirir. Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi böyrək xəstəlikləri zamanı suyun qəbulunu məhdudlaşdırmaq lazımdır. 9. Xərçəngin riskini azaldır Çoxsaylı elmi araşdırmalar göstərib ki, kifayət miqdarda adi təmiz su içən insanlarda istənilən növ xərçəngin riski azalır. Vacib şərh! Suyu digər mayelərlə (çay, şirələr və s.) əvəz etməyin. Bu lazım olan effekt verməyəcək.

İstidə ürəyi qorumağa nə kömək edir? like
  • 28 İyn 23:30  
Digərləri İstidə ürəyi qorumağa nə kömək edir?

Ürəyi zəif olan insanlar isti yay havalarında xüsusilə diqqətli olmalıd

arrow Ətraflı
Təzyiqi ölçmək üçün tatu icad olundu like
  • 28 İyn 23:25  
Digərləri Təzyiqi ölçmək üçün tatu icad olundu

Texas Universitetinin alimləri qan təzyiqini ölçmək üçün mikroçipli tat

arrow Ətraflı
İnsanın ən böyük dostu və ən böyük düşməni nədir? like
  • 28 İyn 23:20  
Digərləri İnsanın ən böyük dostu və ən böyük düşməni nədir?

Allahın insana əta etdiyi ən gözəl nemətlərdən biri ağıldır. Bu nemə

arrow Ətraflı
Yayda baş ağrısı və halsızlığın like
  • 28 İyn 23:15  
Digərləri Yayda baş ağrısı və halsızlığın

Yayda isti hava baş ağrısı və halsızlığın səbəbi orqanizmin susuzlaş

arrow Ətraflı
İş adamının 96 milyardlıq sərvəti dünyadakı hər bir uşağa like
  • 28 İyn 23:14  
Digərləri İş adamının 96 milyardlıq sərvəti dünyadakı hər bir uşağa

XX əsrin ən uğurlu investorlarından biri- amerikalı iş adamı Uorren Baffe

arrow Ətraflı
Rusiya Odessanı qanadlı like
  • 28 İyn 23:13  
Siyasət Rusiya Odessanı qanadlı

Rusiya Silahlı Qüvvələri Odessa vilayətinin cənubuna "Oniks" rak

arrow Ətraflı
Bakıda bağlı qapı arxasında qalan uşaqlar like
  • 28 İyn 23:12  
Digərləri Bakıda bağlı qapı arxasında qalan uşaqlar

Bakı şəhərinin Nizami rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı

arrow Ətraflı
Həzrət İbrahimin (ə) çətin imtahanının 15 müvəffəqiyyəti like
  • 28 İyn 23:10  
Digərləri Həzrət İbrahimin (ə) çətin imtahanının 15 müvəffəqiyyəti

Allah Təala Həzrət İbrahimi (ə) ağır və böyük imtahanlarla imtahana ç

arrow Ətraflı
Röya Ayxanın qardaşının toyudur  FOTO like
  • 28 İyn 23:09  
Şou-biznes Röya Ayxanın qardaşının toyudur FOTO

Bu gün xalq artisti Röya Ayxanın qardaşı İsmayıl Nəcəfovun toyudur.

arrow Ətraflı
Dünya və axirət xeyri bu surəni oxuyana cəm olar like
  • 28 İyn 22:55  
Digərləri Dünya və axirət xeyri bu surəni oxuyana cəm olar

"Tur" surəsi Qurani-Kərimin 52-ci surəsidir ki, Məkkədə nazil ol

arrow Ətraflı
Səbirli olmaq üçün Quran bizə hansı yolları təklif edir? like
  • 28 İyn 22:50  
Digərləri Səbirli olmaq üçün Quran bizə hansı yolları təklif edir?

Quranda səbirli olmaq üçün 50-ə yaxın tövsiyə var. Bu ayələr insana s

arrow Ətraflı
Köp yaradır, qarına ağrı verir  Kimlər qarğıdalı like
  • 28 İyn 22:45  
Digərləri Köp yaradır, qarına ağrı verir Kimlər qarğıdalı

Qarğıdalının insan sağlamlığı üçün bir çox faydaları mövcuddur.

arrow Ətraflı
İslam dini varlıq baxımından qadınla kişi arasında fərq qoymur like
  • 28 İyn 22:40  
Digərləri İslam dini varlıq baxımından qadınla kişi arasında fərq qoymur

İslam dini ən aktual təlim olaraq, insanı səadətə tərəf hidayət edir,

arrow Ətraflı
Cəlilabadda 30 yaşlı şəxs like
  • 28 İyn 22:38  
Digərləri Cəlilabadda 30 yaşlı şəxs

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Litva Seymi Rusiyadan qaz idxalına like
  • 28 İyn 22:36  
Digərləri Litva Seymi Rusiyadan qaz idxalına

Litva Seymi Rusiyadan qaz idxalının dayandırılması barədə qərar qəbul e

arrow Ətraflı