Bacısını öldürüb xəlvətcə dəfn edən qardaşdan


Digərləri 28 İyn 2022 23:38:00 165 0

Bacısını öldürüb xəlvətcə dəfn edən qardaşdan

Şirvanda qətl törətməkdə təqsirləndirilən Alim Rəsulovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Son.az pravda.az-a istinadən bildirir ki, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası iyulun 5-nə təyin edilib.

Qeyd: Bu il martın 14-də 70 yaşlı Şirvan şəhər sakini Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi, hər hansı aidiyyatı təşkilatlara məlumat verilmədən meyitin dəfn edilməsi ilə bağlı Şirvan Şəhər Prokurorluğuna daxil olan müraciət əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zəruri cinayət-prosessual hərəkətlər icra edilməklə yanaşı, meyitin qəbirdən çıxarılması (ekshumasiya) çıxarılması təmin edilməklə məhkəmə-tibb ekspertinə təqdim edilib.

Meyitin məhkəmə-tibb müayinəsi zamanı bədənində ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid qalxanvari vəzi ətraflarında yumşaq toxumalarda geniş ölçüdə qansızma və dilaltı sümüyün sınığı xəsarətləri aşkar edilib.