Hər bir bədən üzvünün zəkatı var


Digərləri 28 İyn 2022 23:55:00 177 0

Hər bir bədən üzvünün zəkatı var

İmam Sadiq (ə) buyurur: "Hər bir üzvün zəkatı vardır.

Gözün zəkatı - ibrətlə baxmaq və günaha göz yummaqdır.

Qulağın zəkatı - eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır.

Dilin zəkatı - müsəlmanlara nəsihət etmək və qafilləri ayıltmaq və Allahı təsbih etməkdir.

Əlin zəkatı - elm yazmaq və mal bəxşiş etməkdir.

Ayağın zəkatı - cihad yolunda səy etmək, təhsil, insanların arasını islah etmək, yaxşıları ziyarət etməkdir.

Elmin zəkatı - onu nəşr etməkdir.

Qüdrətin zəkatı - insafdır.

Gözəlliyin zəkatı - iffətdir.

Qələbənin zəkatı - ehsandır.

Şücaətin zəkatı - cihaddır.

Sağlamlığın zəkatı - Allahın əmr etdiklərinə və qadağan etdiklərinə itaət etməkdir.

Hökumətin zəkatı - yoxsullara kömək çatdırmaqdır.

Ağlın zəkatı - ağılsızlara dözmək və səbir etməkdir."