Təzyiqi sabitləşdirən, əsəb gərginliyini aradan qaldıran


Digərləri 28 İyn 2022 21:45:00 135 0

Təzyiqi sabitləşdirən, əsəb gərginliyini aradan qaldıran

Bitki çayları, valerian, kalendula və ya itburnu həlimləri insana qan təzyiqini sabitləşdirməyə kömək edə bilər.

Bundan əlavə, bu sadə və zərərsiz içkilər yuxunun keyfiyyətinə və sinir sisteminə yaxşı təsir göstərir.

Son.az publika.az-a istinadla bildirir ki, bu sözləri kardioloq, Rusiyanın əməkdar həkimi Yuri Serebryanski deyib.

"Valerian kökündən həlim hazırlaya, ya da kalenduladan çay dəmləyə bilərsiniz. Bunlar zərərsiz, eyni zamanda faydalı içkilərdir. Hamısı sinir sistemi və qan təzyiqini sabitləşdirir, yuxunu yaxşılaşdırır və əsəb gərginliyini azaldır", - mütəxəssis "Moskva 24" telekanalına müsahibəsində bildirib.