G7 Rusiyanın təhdidlərinə CAVAB VERDİ:


Siyasət 28 İyn 2022 21:21:00 100 0

G7 Rusiyanın təhdidlərinə CAVAB VERDİ:

G7 ölkələrinin ("Böyük Yeddilik") liderləri Rusiyanın Ukraynada nüvə, kimyəvi və ya bioloji silahlardan istifadə təhlükəsini pisləyib.

Son.az publika.az-a istinadən xəbər verir ki, sammitdə beş nüvə ölkəsinin liderlərinin nüvə müharibəsinin qarşısının alınması və silahlanmanın yarışının qarşısının alınması ilə bağlı 3 yanvar 2022-ci il tarixli birgə bəyanatı alqışlanıb.

"Lakin biz Rusiyanın nüvə silahından istifadə təhlükəsi ilə bağlı təxribat xarakterli bəyanatlarını pisləyirik. Bu, Rusiyanın Birgə Bəyanata sadiqliyinə inamı sarsıdır. Rusiya tərəfindən Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından və ya əlaqəli materiallardan istənilən istifadənin ağır nəticələri olacaq", - kommünikedə deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin "İsgəndər" komplekslərini Belarusa təhvil verəcəyini vəd etmiş və bu raketlərin nüvə yükü daşımaq qabiliyyətinə eyham vurmuşdu.

Pentaqon bu bəyanatlara sərt cavab verib və onları "təkəbbürlü və məsuliyyətsiz" adlandırıb.