Kadırova elə bir orden verdilər ki...


Siyasət 28 İyn 2022 21:27:00 109 0

Kadırova elə bir orden verdilər ki...

Çeçenistanın başçısı Ramzan Kadırov "Stomatologiyaya xidmətə görə" ordeninin I dərəcəsi ilə təltif edilib.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə respublika başçısı özünün "VKontakte" sosial şəbəkəsindəki səhifəsində bildirib.

O qeyd edib ki, iyunun 27-də Qroznı 1 saylı stomatoloji klinikasının açılış mərasimində iştirak edib.

Çeçenistan rəhbəri Respublika Stomatoloji Klinikasının baş həkimi Yunus Umarovu Axmat Kadırov ordeni ilə təltif edib.

Bundan əlavə, Kadırov Respublika Stomatoloji Poliklinikasının rentgen - laborantı Rovzan Əlcəriyevaya təşəkkür məktubu təqdim edib.

"Tədbir zamanı Çeçenistan Respublikasının stomatoloji xidmətinin inkişafına verdiyim töhfəyə görə məni Rusiya Stomatoloji Assosiasiyasının "Stomatologiyada xidmətlərinə görə" ordeninin I dərəcəsi ilə təltif etdilər", - deyə Kadırov bildirib.